Əsas Səhifə > XARİCİ XƏBƏR > Rusiyada magistral qaz xəttində güclü partlayış Avropada qazın qiymətini kəskin artırdı

Rusiyada magistral qaz xəttində güclü partlayış Avropada qazın qiymətini kəskin artırdı


20-12-2022, 16:59


Rusiyanın Çuvaşıstan Respublikasının ərazisində magistral qaz kəmərində partlayış olub.

Yerli sakinlərin sözlərinə görə, yanğın baş verən ərazidə temperatur o qədər yüksəkdir ki, insanlar evlərinə yaxınlaşa bilmirlər.

Artıq yanğını aradan qaldırmaq üçün aidiyyəti qurumların səfərbərliyi elan edilib.

Hadisədən dərhal sonra Avropada qazın qiyməti 1 000 kubmetr üçün 1 200 dollara qalxıb.

Şəffaflıq.az


Geri qayıt