Əsas Səhifə > Dünya > Rusiyada mer vəzifədən çıxarıldığını eşidib, özünü güllələdi
Rusiyada mer vəzifədən çıxarıldığını eşidib, özünü güllələdi24-09-2019, 16:21 |
Samara vilayətinin Novokuybışevsk şəhərinin meri Vladimir Fominin intiharı ilə bağlı təfərrüatlar məlum olub. Virtualaz.org bildirib ki, bu barədə “Baza Telegram” kanalı məlumat yayıb. İntihara səbəb merin bir gün əvvəl işdən çıxarılacağı barədə aldığı məlumat olub. O özünü güllələyərkən ölməsə də, ağır yaralanıb. Həkimlər dərhal xəstəxanaya yerləşdirilən merin həyatını xilas edə bilməyiblər və o, əməliyyat masasında ölüb. Məlumata görə, V. Fomin uzun müddət xəstə olub və Almaniyada müalicə alıb. Fomin müalicədən sonra evə qayıdarkən Samara vilayətinin rəhbərliyi tərəfindən “xalça üzərinə” çağırılıb. Səlahiyyətli şəxslər Fomindən narazılıq ediblər: "Siz həddindən artıq müalicə olunursunuz və çox az işləyirsiniz". Hesablamalar nəticəsində də məlum olub ki, Vladimir Fomin mer vəzifəsini bir ildən az müddətdə icra edib və həmin dövrdə dörd dəfə müalicə olunub. "Bəlkə səhhətinizə diqqət yetirəsiniz, şəhərin mer vəzifəsini başqa birisi icra etsin?", - deyə kanalın rəhbəri sitat gətirib. Bazar ertəsi deputatlar Fominin işdən çıxarılması barədə razılığa gəliblər, bu gün səhər saatlarında isə o, intihar edib. Şəffaflıq.az Geri qayıt |