Əsas Səhifə > Cəmiyyət > Ərzaq məhsulları anbarında nöqsanlar aşkarlandı
Ərzaq məhsulları anbarında nöqsanlar aşkarlandı20-12-2022, 16:29 |
Gəncədə ərzaq məhsullarının saxlandığı anbarda nöqsanlar aşkar edilib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat verilib. Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektində fəaliyyət göstərən, “N.A.N.T.” MMC-yə məxsus anbarda keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib. Baxış zamanı anbarda 3, 5 və 6 kiloqramlıq qutularda müxtəlif çəkilərdə qablaşdırılmış etiket məlumatları qeyd edilməyən “Klyukvennaya”, “Snejok”, “Ptiçye moloko”, “İmbimaya”, “Belissimo” əmtəə nişanlı şəkərli qənnadı məmulatlarının satışının həyata keçirildiyi müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq, aşkar edilmiş nöqsanlarla bağlı inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və icrası məcburi göstərişlər verilib Şəffaflıq.az Geri qayıt |