Əsas Səhifə > XARİCİ XƏBƏR > İlon Mask Avropa Parlamentinə dəvət olundu

İlon Mask Avropa Parlamentinə dəvət olundu


20-12-2022, 14:45

“Twitter”in sahibi İlon Mask Avropa Parlamentində ifadə verməyə dəvət olunub.

Bu barədə “Politico” nəşri məlumat verib.Nəşr bu xəbəri əldə etdiyi əlaqəli sənədə istinadən paylaşıb.

Maskdan qanunvericilərlə “açıq ictimai dialoq” üçün Brüsselə gəlmək xahiş olunub. Bununla bağlı müvafiq məktub Maska Avropa Parlamentinin prezidenti Roberta Mesola tərəfindən göndərilib.

“Twitter” Avropa Birliyinin demokratik həyatında əsas rol oynayır və vətəndaş diskursuna imkan yaradır. Bu səbəbdən də “Twitter” qeyri-ixtiyari də olsa, nifrətin, seçkilərə müdaxilənin və dezinformasiyanın katalizatoruna çevrilməməlidir”, - deyə siyasətçi qeyd edib.

Noyabr ayında Roberta Mesola liberal qanunvericilərin İlon Maskın Avropa Parlamentinə dəvət olunması təklifini qəbul edib. O bildirib ki, Maskın dəvəti qəbul edəcəyinə əmindir.

Bu addım bir sıra xaotik və ziddiyyətli qərarlardan sonra atılıb ki, bunlara həmçinin kütləvi ixtisarlar, jurnalistlərin işdən kənarlaşdırılması və platforma qaydalarında dəyişikliklər edilməsi kimi Avropada təşviş yaradan hadisələr daxildir. Platforma həmçinin dezinformasiya və düşmənçilik kontenti ilə mübarizə aparmağa çalışır.

“Platformalar daim siyasəti dəyişə bilməz”, - deyə Avropa Komissarı Tyerri Breton “Twitter” hesabında bildirib.

“Mən Avropa Komissiyası komandalarına 2023-cü il sentyabrın 1-dən gec olmayaraq Aİ-nin kontent qanununun və rəqəmsal xidmətlər qanununun icrasının təmin olunması ilə bağlı tapşırıq vermişəm”, - deyə o qeyd edib.

Şəffaflıq.az


Geri qayıt