Əsas Səhifə > Cəmiyyət > Piyadanı vurub qaçan taksi sürücüsü saxlanıldı
Piyadanı vurub qaçan taksi sürücüsü saxlanıldı20-12-2022, 14:34 |
Bakıda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, dekabrın 14-də saat 5 radələrində Nəsimi rayonu ərazisində yolu keçən Qazax rayon sakini R.Osmanovun müəyyən edilməyən avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla yol-nəqliyyat hadisəsinin taksi fəaliyyəti göstərən “Toyota Prius” markalı avtomobillə törədilməsi müəyyən olunub. Görülmüş tədbirlərlə həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Mərdanlı saxlanılıb. Araşdırma aparılır. Şəffaflıq.az Geri qayıt |