Əsas Səhifə > FUTBOL > Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.20-12-2022, 09:36 |
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq. Şəffaflıq.az-ın məlumatına görə, bununla da yarımfinalın bütün iştirakçıları bəlli olacaq. Günün ilk oyununda "Turan Tovuz" "Kəpəz"i qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək. Gəncədəki oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. Digər matçda isə "Neftçi" və "Zirə" komandaları üz-üzə gələcəklər. "Bakcell Arena"dakı görüş saat 19:00-da başlayacaq. "Qartallar" evdəki ilk oyunda minimal hesabla qalib gəliblər - 1:0. Bu iki cütün qalibi yarımfinalda bir-birinə rəqib olacaq. Azərbaycan Kuboku 1/4 final, cavab oyunları 20 dekabr (çərşənbə axşamı) 14:00. "Turan Tovuz" - "Kəpəz" 19:00. "Neftçi" - "Zirə" Qeyd edək ki, daha əvvəl "Qəbələ" "Qarabağ"ı, "Səbail" isə "Sabah"ı mübarizədən kənarlaşdıraraq yarımfinala adlayıb. Geri qayıt |