Əsas Səhifə > İdman > Üç ölkədə keçiriləcək futbol üzrə növbəti dünya çempionatı üçün YENİ QAYDALAR

Üç ölkədə keçiriləcək futbol üzrə növbəti dünya çempionatı üçün YENİ QAYDALAR


19-12-2022, 13:56


Futbol üzrə növbəti dünya çempionatı 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək.

Tarixdə ilk dəfə olaraq üç ölkə turnirə ev sahibliyi edəcək.

İndiyə kimi yalnız bir dəfə iki dövlət turnirə birgə ev sahibliyi edib: 2002-ci ildə (Yaponiya və Cənubi Koreya).

Matçlar 16 şəhərdə keçiriləcək: 11-i ABŞ-də, üçü Meksikada və ikisi Kanadada.

İştirakçıların sayı 32-dən 48-ə yüksələcək, final qrup turnir formatı 2023-cü ildə müəyyənləşəcək.

Təsnifat turniri 2023-cü ildə başlayır.

Qeyd edək ki, 1970 və 1986-cı illərdə mundialların keçirildiyi Meksika üç dəfə dünya çempionatına ev sahibliyi edən ilk ölkə olacaq.

Şəffaflıq.az





Geri qayıt