Əsas Səhifə > Dünya > “Instagram”dan yenilik: Oğurlanmış hesablar bərpa olunacaq

“Instagram”dan yenilik: Oğurlanmış hesablar bərpa olunacaq


17-12-2022, 23:25



Sosial media nəhəngi “Instagram” yenilik edib.

Yeniliyə görə, oğurlanmış hesablar bərpa oluna bilər.

“Instagram” sındırılmış hesabların bərpa oluna biləcəyini açıqlayıb və bunun üçün “Hesabım başqası tərəfindən ələ keçirildi” seçimini təqdim edib.

Başqası tərəfindən oğurlanmış hesabların “Hesabım başqası tərəfindən ələ keçirildi” seçimi ilə geri qaytarılması mümkün olacaq.

Yeniləməyə əsasən, istifadəçilər artıq öz hesablarını hakerlərdən və zərərli proqramlardan daha effektli şəkildə qoruya biləcək.

“Instagram” bunun üçün hesabınızın istifadəçi adını, qeydiyyatdan keçmiş telefon nömrənizi və ya e-poçt ünvanınızı tələb edəcək. Bu şərtləri düzgün yerinə yetirsəniz, hesabınıza yenidən daxil ola biləcəksiniz.

“Instagram” hesabınıza girə bilməməyin stresli ola biləcəyini bilirik. Buna görə də istifadəçilərin hesablarını geri qaytarmaları üçün birdən çox seçimə malik olmasını təmin etmək istəyirik”, - deyə yeniləmə ilə bağlı məlumatda qeyd edilib.

Şəffaflıq.az


Geri qayıt