Əsas Səhifə > Dünya > Almaniya səfiri G7-yə sədrliyi yaponiyalı həmkarına təhvil verdi

Almaniya səfiri G7-yə sədrliyi yaponiyalı həmkarına təhvil verdi


17-12-2022, 23:24



Almaniyanın G7-də sədrliyinin başa çatması ilə əlaqədar Almaniyanın Ukraynadakı səfiri Anka Feldhuzen simvolik gürzü Yaponiya səfirinə təhvil verib.

Yaponiya səfiri gələn il qrupa rəhbərlik edəcək.

Bu barədə Feldhuzen öz “Twitter” səhifəsində məlumat verib.

O, Yaponiya səfiri Masuda Kuninori ilə fotosunu yerləşdirib. Kuninori gələn il Ukraynada islahatları dəstəkləyən G7 səfirlər qrupuna Yaponiya adından sədrlik edəcək.

“İşıqsız, susuz, amma Rusiyasız: Ukraynada islahatları dəstəkləyən G7 səfirlər qrupuna sədrliyi yapon həmkarıma təhvil vermək xoş idi”, - deyə Feldhuzen bildirib.

Səfirlərin görüşü Rusiya Federasiyasının yeni kütləvi raket hücumu günü baş tutub. Bu hücum paytaxtda elektrik enerjisi və su təchizatında fasilələrə səbəb olub.

Feldhuzen əlavə edib ki, bu il qrupa rəhbərlik etmək onun üçün şərəf idi.

Matsuda Kuninori 2023-cü il yanvarın 1-dən Kiyevdə G7 səfirlər qrupuna sədrlik etməyə başlayacaq.

Şəffaflıq.az


Geri qayıt