Əsas Səhifə > Hadisə > Yük avtomobilinin iştirakı ilə baş verən qəzanın görüntüləri

Yük avtomobilinin iştirakı ilə baş verən qəzanın görüntüləri


16-12-2022, 17:09


Azərbaycanda yük avtomobilinin iştirakı ilə baş verən qəzanın görüntüləri yayılıb.

Şəffaflıq.az xəbər verir ki, hadisə zamanı naringi ilə yüklənmiş “Volvo” markalı avtomobil hərəkətdə olan zaman yük yerində nasazlıq yaranır. 

Bu zaman maşında olan naringi ilə dolu plastik yeşiklər yola dağılır. Bu, yoldakı avtomobillərin hərəkətinə maneə törədib. Hadisənin cənub zonasında baş verdiyi ehtimal olunur. 

Baş verən hadisə qarşı yolda hərəkətdə olan minik avtomobilindəki videoqeydiyyatçı tərəfindən qeydə alınıb. 


Geri qayıt