Əsas Səhifə > Cəmiyyət > Bakı Yeni ilə hazırlanır

Bakı Yeni ilə hazırlanır


16-12-2022, 16:44


Dekabrın ilk günlərindən etibarən Bakıda Yeni ilə bayramına hazırlıq prosesinə başlanılıb.

Yeni ili yaddaqalan etmək üçün bu gün paytaxtda insanların axın etdiyi mərkəzi küçələrdə bəzək qurğularının montaj işləri həyata keçirilir. 

Məsələn, hazırda Azneft dairəsi, bulvar, İçərişəhər, Nizami küçəsi və digər bir çox yerlərdə milad ağacları quraşdırılıb, eləcə də ətraf rəngli çilçıraqlarla işıqlandırılıb.

Bir sözlə, paytaxtın tam şəkildə bayram əhvalına büründüyünü demək mümkündür.

PhotoStock.az-ın ərazidən hazırladığı fotoreportajı təqdim edirik:

Şəffaflıq.az


Geri qayıt