Əsas Səhifə > XARİCİ XƏBƏR > İranda iki yeniyetmə edam cəzasına məhkum edilib.

İranda iki yeniyetmə edam cəzasına məhkum edilib.


15-12-2022, 23:52


İranda iki yeniyetmə edam cəzasına məhkum edilib.

Şəffaflıq.az bizim.media-ya istinadən bildirir ki, İran hakimiyyəti hökumət əleyhinə nümayişlərin iştirakçısı olan 17 yaşlı Sonia Şərifi və 15 yaşlı Əmir Hüseyn Rəhimi cəzalandırıb.

Bildirilib ki, Sonia Şərifi saxlanılan nümayişçilərin əksəriyyəti kimi, yerli hakimiyyət orqanları tərəfindən "hökumətə qarşı müharibə aparmaqda" ittiham olunur.

Belə ki, 17 yaşlı qız Molotov kokteyli hazırlayarkən və hökumət əleyhinə qraffiti rəsmlər çəkərkən görüntülənib.  

15 yaşlı Əmir Hüseyn Rəhimi isə nümayişin dağıdılması zamanı polis tərəfindən yaralansa da, anasının sözlərinə görə, onun bədənindən güllə bu günədək xaric edilməyib.  

Qadının  sözlərinə görə, oğlu həbsxanada işgəncələrə məruz qalır. Onun azadlığa buraxılması üçün İran hakimiyyəti  təqribən 11,5 min avro məbləğində fidyə təyin edib, lakin ailənin bu məbləği toplamaq imkanı olmadığından 15 yaşlı yeniyetməni də edam gözləyir.



Geri qayıt