Əsas Səhifə > Cəmiyyət > Hakimliyə namizədlərin yazılı imtahanının vaxtı açıqlandı
Hakimliyə namizədlərin yazılı imtahanının vaxtı açıqlandı24-09-2019, 00:39 |
Hakimliyə namizədlərlə test imtahanının ikinci fazası – yazılı imtahan sentyabr ayının 28-də, saat 11:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) keçiriləcək. Hakimlərin Seçki Komitəsindən verilən məlumata görə, hakimliyə namizədlər “İmtahana buraxılış vərəqəsi”ni sentyabr ayının 25-dən bütün iş vaxtı ərzində, Hakimlərin Seçki Komitəsindən (Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şəxsiyyət vəsiqəsini təqdim etməklə almalıdır. İmtahan yerinə saat 10:00-dan gec olmayaraq gəlmək lazımdır. İmtahana gələrkən namizədlər şəxsiyyət vəsiqəsini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq təqdim etməlidirlər. Əks təqdirdə namizəd imtahana buraxılmayacaq. Şəffaflıq.az Geri qayıt |