Əsas Səhifə > SON XƏBƏR > Azərbaycan yük maşınlarının Rusiya-Belarus sərhədində saxlanılması ilə bağlı AÇIQLAMA
Azərbaycan yük maşınlarının Rusiya-Belarus sərhədində saxlanılması ilə bağlı AÇIQLAMA14-12-2022, 23:39 |
Azərbaycan daşıyıcılarına məxsus 8 nəqliyyat vasitəsi sərhəddən Belarusa buraxılıb. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. “Rusiya-Belarus dövlət sərhədində Azərbaycan yük maşınlarının sərhəd keçid məntəqəsindən saxlanılması ilə bağlı daşıyıcılar və ya sürücülər AYNA-ya rəsmi müraciət daxil olmayıb. Sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı vəziyyəti aydınlaşdırmaq üçün AYNA tərəfindən araşdırma aparılıb. Məlum olub ki, Azərbaycan daşıyıcılarına məxsus 8 nəqliyyat vasitəsi sərhədi yüksüz keçmək istədiyi üçün sərhəddə saxlanılıb. Onlardan yüklənmə məntəqəsini göstərən sənədlər tələb edilib. Tələb olunan bütün sənədlər təqdim edilib və yük maşınları sərhəddən buraxılıb. Artıq nəqliyyat vasitələri Belarus ərazisindədir”, - qurumdan bildirilib. Şəffaflıq.az Geri qayıt |