Əsas Səhifə > Dünya > Türk Dövlətləri Təşkilatı Üçtərəfli Zirvə Görüşü ilə bağlı bəyanat yayıb
Türk Dövlətləri Təşkilatı Üçtərəfli Zirvə Görüşü ilə bağlı bəyanat yayıb14-12-2022, 23:33 |
“Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Birinci Üçtərəfli Zirvə Görüşünün nəticələrindən böyük məmnunluğumuzu bildirmək istərdim. Bu Zirvə görüşü üç qardaş xalqın bir araya gəlməsi, əlaqələrin möhkəmləndirilməsi və Türk Dünyasının daha parlaq gələcəyə sahib olması üçün səylərə dəstək vermək üçün çox mühüm fürsətdir”. Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının Üçtərəfli Zirvə Görüşünün yekunlarına dair bəyanatında bildirib. “Azərbaycan, Türkiyə və Türkmənistan liderləri arasında əldə olunan razılaşmalar və ticarət, mədəniyyət, enerji, nəqliyyat kimi sahələrdə imzalanmış müxtəlif sənədlər, şübhəsiz ki, TDT çərçivəsində hərtərəfli əməkdaşlığımızın möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətin artırılmasına öz töhfəsini verəcəkdir”. O qeyd edib ki, Azərbaycan, Türkiyə və Türkmənistan arasında əlaqələrin genişləndirilməsi qardaş dövlətlər arasında onsuz da mövcud olan güclü həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək və bütün Türk Dünyasının birləşməsi və inteqrasiyası prosesində irəliyə doğru çox mühüm addım olacaq. Şəffaflıq.az Geri qayıt |