Əsas Səhifə > MANŞET / Cəmiyyət / REGİON > Yeni Azərbaycan Partiyası Şamaxı rayon Təşkilatında Ulu Öndər Heydər Əliyevin vəfatının 19-cu il dönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.
Yeni Azərbaycan Partiyası Şamaxı rayon Təşkilatında Ulu Öndər Heydər Əliyevin vəfatının 19-cu il dönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.13-12-2022, 00:52 |
12 dekabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Şamaxı rayon Təşkilatında Ulu Öndər Heydər Əliyevin vəfatının 19-cu il dönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Şəffaflıq.az xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Mehriban Eyubova, YAP Şamaxı rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak etmişlər. Tədbirə başlamazdan öncə ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı çıxış edərək bildirdi ki, 2003-cü il dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşdu. Xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət, hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş Heydər Əliyev sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxıb. Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. İllər ötdükcə biz Heydər Əliyev dühasının müstəqil Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərindən dərk edir, bu dahi şəxsiyyətin siyasi əzəməti, beynəlxalq nüfuzu barədə fikir yürütməyə mənəvi ehtiyac duyuruq. Çünki bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz ümummilli lider Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Sonra Şamaxı rayon Veteranlar şurasının sədri Ağarza Bayramov, Şamaxı Dövlət Regional Kollecinin direktoru İlham Vəliyev, 5 saylı ərazi partiya təşkilatının sədr müavini Pərvin Şirəliyeva, 9 saylı ərazi partiya təşkilatının sədri Şahsəətdin Mikayılov, 14 saylı ərazi partiya təşkilatının sədri Xatirə Məlikova, 50 saylı ərazi partiya təşkilatının sədri Nuranə Məmmədova, 66 saylı ərazi partiya təşkilatının sədri Fatma Rüstəmova, 70 saylı ərazi partiya təşkilatının sədri Sahil Şirinov öz çıxışlarında qeyd etmişlər ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Daha sonra Şamaxı rayon Şəhriyar qəsəbə tam orta məktəbin 10-cu sinif şagirdi Gülbahar Sərxanova Ulu Öndər Heydər Əliyev haqqında şeir söyləmişdir. Sonda Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Mehriban Eyubova çıxış edərək bildirdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirirlir. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurlar Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dinamik inkişaf strateqiyasının bəhrəsidir. Gündən-günə daha da güclənən, inkişaf edən müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğur Heydər Əliyevin ömrünün davamıdır. Heydər Əliyev adı Azərbaycanın simvolu kimi səslənən elə parlaq simadır ki, onun işıqlı ideyaları daima yaşayacaqdır. Vahid İsmayılov. Şəffaflıq.az Geri qayıt |