Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Soyuqdəymədən qorunmaq üçün 7 SADƏ MƏSLƏHƏT

Soyuqdəymədən qorunmaq üçün 7 SADƏ MƏSLƏHƏT


24-09-2019, 00:25

 

Payız başlayanda soyuqdəymə və virus xəstəliklərinin sayı kəskin artır.

Bunun qarşısını almaq tam mümkün olmasa da infeksiyaların riskini azaltmaq üçün bəzi çox sadə məsləhətlərə əməl etmək lazımdır.

1. Burnunuzu isti saxlayın

Soyuqdəymə xəstəliklərinin qarşısını almaq üçün ayaqları istidə saxlamaq lazımdır. Bunu hamı bilir. Lakin həkimlər ayaqlardan əlavə burnu da isti saxlamağı tövsiyə edirlər. Burun virus və infeksiyalar üçün əsas “giriş qapı”dır. Burun soyuyanda onun qan dövranı zəifləyir və selikli qişalara daha az sayda immun hüceyrələri çatır. Nəticədə virus və infeksiyaların riski də artır. Bu səbəbdən burnunuz donursa onu şərflə bağlayın.

2. Paltarları isti suda yuyun

Soyuq fəsillərdə paltarları 40 C aşağı suda yumaq tövsiyə edilmir. İsti su paltarların üzərinə düşən mikrobları öldürür. Soyuq suda bu prosess daha zəif gedir.

3. Şirniyyatları azaldın

Şəkər immun sisteminin ilk düşmənidir. Şəkər immun hüceyrələrinin fəaliyyətinə mənfi təsir edir. Bu səbəbdən mütəxəssislər soyuq fəsillərdə şirniyyatları meyvə quruları və çərəzlərlə əvəz etməyi tövsiyə edirlər.

4. Daha çox yatın

Yuxu güclü immunitet üçün çox vacibdir. Məhz yuxu zamanı bizim immun sistemimiz fəal şəkildə işləyir. İmmuniteti gücləndirmək üçün 8 saatdan az yatmayın.

5. Əl və üzünüzü daha tez-tez yuyun

Su və adi sabun ən yaxşı profilaktik vasitələrdir. Çöldən evə qayıdandan sonra əl və üzünüzü sabunla yaxşı yuyun. Ağzınızı adi su ilə qarqara edin. Bəzi mütəxəssislər burun və ağız boşluğunu duzlu su ilə yumağı tövsiyə edirlər.

6. Evinizin havasını tez-tez dəyişin, bütün səthləri hər gün nəm əsgi ilə silin

Təmiz hava mikrob, virus və infeksiyaların düşmənidir.

Soyuq fəsillərdə istilik sistemləri qoşulur və bu da evin havasının qurumasına səbəb olur. Burun və boğazın selikli qişaları belə vəziyyətdə quruyur və bizi infeksiya və viruslardan qoruya bilmir. Selikli qişalar nəm olmalıdır. Bu səbəbdən evin havasını nəmləndirmək çox vacibdir.

7. D vitamininin qəbulunu artırır

Məhz D vitamini immun sisteminin əsas dostudur (C deyil!). D vitamini immmu sisteminin fəaliyyətini stimullaşdırır. Bu vitaminin əskikliyi immuniteti zəiflədir.

Əsas mənbələr: balıq, yumurta, kərə yağı, süd məhsulları.


Şəffaflıq.az
Geri qayıt