Əsas Səhifə > Hadisə / XARİCİ XƏBƏR > ikiqat olimpiya çempionu David Rudişa təyyarə qəzasından sağ çıxıb.

ikiqat olimpiya çempionu David Rudişa təyyarə qəzasından sağ çıxıb.


12-12-2022, 20:02


Keniyalı atlet, 800 metr məsafəyə qaçış üzrə ikiqat olimpiya çempionu David Rudişa təyyarə qəzasından sağ çıxıb.

Şəffaflıq.az-ın xarici medialara istinadən məlumatına görə, hadisə Kaciado bölgəsində baş verib.

İçərisində 5 nəfərin olduğu yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində ölən olmayıb. Keniya Atletika İcraiyyə Komitəsinin üzvü Barnaba Korir yaralı sərnişinlərin xəstəxanaya aparıldığını bildirib.

Qeyd edək ki, David Rudişa London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarının qalibidir. 34 yaşlı idmançı 800 metr məsafə üzrə dünya rekorduna sahibdir. O, həm də ikiqat dünya çempionudur.


Geri qayıt