Əsas Səhifə > Hadisə > KİV: “Qətərdə keçirilən dünya çempionatında daha bir jurnalist dünyasını dəyişib”
KİV: “Qətərdə keçirilən dünya çempionatında daha bir jurnalist dünyasını dəyişib”11-12-2022, 23:40 |
Fotoqraf Xalid əl-Misslam Qətərdə keçirilən dünya çempionatını işıqlandırarkən dünyasını dəyişən ikinci jurnalist olub. “Report” xəbər verir ki, fotomüxbirin ölümü barədə Qətərin “Gulf Times” qəzeti məlumat yayıb. Qətərli Xalid əl-Misslam “Al Kass TV”nin fotomüxbiri idi. Ölümün səbəbi barədə məlumat verilməyib. Qeyd edək ki, dekabrın 9-da Lusaildəki Milli Stadionda Argentina və Niderland milli komandaları arasında keçirilən dünya çempionatının 1/4 final matçında “CBS Sports” şəbəkəsində işləyən amerikalı idman jurnalisti Qrant Uol vəfat edib. Jurnalistin qardaşı sosial şəbəkədə bildirib ki, Qrant mətbuat lojasında huşunu itirib, tibb işçiləri ürək-ağciyər reanimasiyası aparıblar, amma bu onun həyatını xilas etməyib. Futbol icmalçısı dekabrın 10-da səhər saatlarında yerli xəstəxanada dünyasını dəyişib. Geri qayıt |