Əsas Səhifə > İdman > Azərbaycan gimnastı Almaniyada qızıl medal qazandı

Azərbaycan gimnastı Almaniyada qızıl medal qazandı


11-12-2022, 21:27



Azərbaycanın bədii gimnastı Leyli Ağazadə Almaniyanın Leverkuzen şəhərində keçirilən “4-cü Qış kuboku” yarışında qızıl medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, milli komandanın üzvü lentlə hərəkətlərin icrasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daha əvvəl Alina Məmmədova topla hərəkətlərdə ikinci yeri tutub.

Qeyd edək ki, yarışa dekabrın 12-də yekun vurulacaq.

Şəffaflıq.az


Geri qayıt