Əsas Səhifə > FUTBOL > DÇ-2022: Yarımfinal və final oyunlarının rəsmi topu təqdim olundu

DÇ-2022: Yarımfinal və final oyunlarının rəsmi topu təqdim olundu


11-12-2022, 21:22



FIFA Qətərdəki dünya çempionatının yarımfinal və final oyunlarının rəsmi topunu təqdim edib.

Futbol qurumundan verilən məlumata görə, top “Al Hilm”, ərəb dilindən tərcümədə “Arzu” adlanır.

Mundialın yarımfinal matçları dekabrın 13-ü və 14-də, final görüşü isə 18-də olacaq. Yarımfinalda Argentina Xorvatiyanı, Fransa isə Mərakeşi sınağa çəkəcək.

Qeyd edək ki, həlledici qarşılaşma “Lusail” stadionunda oynanılacaq.

Şəffaflıq.az


Geri qayıt