Əsas Səhifə > Dünya > Avropa Parlamentində korrupsiya ilə bağlı dörd nəfər həbs olundu

Avropa Parlamentində korrupsiya ilə bağlı dörd nəfər həbs olundu


11-12-2022, 21:18



Bazar günü Avropa Parlamentinin sədr müavini Yeva Kayli və daha üç nəfərə qarşı məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Onlar Qətərdəki dünya çempionatı ilə bağlı korrupsiya üzrə aparılan istintaq çərçivəsində həbs ediliblər.

Eyni zamanda, federal prokurorluq həbs olunanların adlarını açıqlamayıb. Yalnız son 48 saat ərzində saxlanılan 6 nəfərdən dördünün məhkəməyə qədər həbsdə qalacağını bildirib.

Prokurorluğun bəyanatına görə, şənbə günü axşam daha bir avropalı deputatın evində axtarış aparılıb.

Şəffaflıq.az


Geri qayıt