Əsas Səhifə > Cəmiyyət / ELM VƏ TƏHSİL > “Gənclərin yüksəliş yoluna daim işıq saçan ümummilli lider Heydər Əliyev dühası” adlı tədbir keçirilib.
“Gənclərin yüksəliş yoluna daim işıq saçan ümummilli lider Heydər Əliyev dühası” adlı tədbir keçirilib.10-12-2022, 22:42 |
Elm və Təhsil Naziliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutununda YAP Yasamal rayon təşkilatı və “M.Rahim küç.5” (Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş “Gənclərin yüksəliş yoluna daim işıq saçan ümummilli lider Heydər Əliyev dühası” adlı tədbir keçirilib. Şəffaflıq.az xəbər verir ki,tədbirdə YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP İdarə Heyyətinin üzvü Bayram Aslanov, Yeni Azərbaycan Partiyasının təsis konfransının iştirkaçısı Əlizaman Rəsulov, Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru Əlövsət Quliyev, “M.Rahim küç.5” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zaman Məmmədov və ərazi üzrə partiya təşkilatının üzvləri iştirak edib. İlk olaraq müstəqil Azərbaycan dövlətinin banisi Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan “M.Rahim küç.5” ünvanı üzrə ərazi partiya təşkilatının Zaman Məmmədov ulu öndər Heydər Əliyev və onun uzaqgörən siyasəti, Azərbaycan xalqına qarşı qayğısı və əvəzsiz xidmətlərini qeyd etdi. Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Baş direktoru AMEA-nın müxbir üzvi Əlövsət Quliyev Heydər Əliyevin Azərbaycanın çətin dönəmlərində bütün maneələrə baxmayaraq azərbaycançılıq ideologiyasına əsaslanaraq tariximizə, milli adət-ənənələrimizə sadiq müstəqil Azərbaycan dövlətinin yaratması ilə bağlı danılmaz xidmətlərindən bəhs etdi. Sonra çıxış üçün söz YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevə verildi. Çıxış edən B.Nəbiyev bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk dövrlərdə - 1969 – 1982 - ci illər ərzində respublikamız SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi. Bu isə isə ulu öndərin gördüyü strateji tədbirlərin və islahatların nəticəsi idi. Həmçinin, Bəxtiyar Nəbiyev qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin həm keçmiş sovetlər dönəmində, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi aqrar sahədə ciddi islahatlar aparmışdır ki, bunun nəticəsində isə resurslardan məqsədyönlü və səmərəli istifadə təmin olunub, gələcək inkişaf üçün möhkəm baza yaradılmışdır. Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda davam etdirilən uğurlu aqrar siyasət nəticəsində ölkə iqtisadiyyatında kənd təsərrüfatı xüsusi yerə sahib olub. Çıxış edən Yeni Azərbaycan Partiyasının təsis konfransının iştirakaçısı Əlizaman Rəsulov təsis konfrasından və Heydər Əliyevlə görüşlərindən danışıb. YAP İdarə Heyyətinin üzvü Bayram Aslanov isə Heydər Əliyev və onun gəclər siyasəti haqqında, bu siyasətin ulu löndər Heydər Əliyevin layiqli davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirdiyini qeyd edib. Sonra AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıbı “Ümumillilider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Respublikasının xarici siyasət strategiyası” mövzusunda geniş səkildə çıxış etdi. Tədbirin sonunda “M.Rahim küç.5” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Fərid Mustafayev çıxış edərək bildirdi ki, bu gün hər bir Azərbaycan gənci Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin Lideri olan Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün hər kəs yumruğunu bir hədəfə vurmalıdır. Bu gün Azərbaycan gəncləri Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər. Şəffaflıq.az Geri qayıt |