Əsas Səhifə > SİYASƏT > FHN: "Yeni alınmış yanğınsöndürmə avtomobilləri azad olunmuş ərazilərimiz üçün nəzərdə tutulub"

FHN: "Yeni alınmış yanğınsöndürmə avtomobilləri azad olunmuş ərazilərimiz üçün nəzərdə tutulub"


9-12-2022, 15:38


"Yeni alınmış yanğınsöndürən avtomobilləri cənab Prezidentin müvafiq göstərişlərinə uyğun olaraq, regionlarımızın iqtisadi-inkişafı planına uyğun formada işğaldan azad olunmuş ərazilərimizdə yanğın təhlükəsizliyinin təmin olunması üçün nəzərdə tutulub".

Şəffaflıq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Əkbər Novruzov deyib.

O bildirib ki, yanğınsöndürən avtomobilləri vasitəsilə işğaldan azad olunmuş ərazilərdə bütün yanğın təhlükəsizliyi dayanıqlığı təmin olunacaq:

"Bu texnikalarla işğaldan azad olunmuş ərazilərimizin həm yaşayış sahələrini, həm sənaye zonalarını, həm də dağlıq-meşə zonalarında yanğınların söndürülməsi işlərini aparacağıq. Burada çoxmərtəbəli binalarda xilasetmə işlərinin aparılması üçün avtonərdivanlar var. Həmçinin yaşayış zonalarında yanğınların söndürülməsi üçün xüsusi yanğınsöndürən avtomobilləri var.

Eyni zamanda meşədə, dağlıq ərazilərdə meşə yanğınlarının söndürülməsi üçün istifadə olunan avtomobillər var. Həmçinin bu avtomobillərin içərisində sənaye sektorları üçün nəzərdə tutulmuş yüksək məhsuldarlığa malik nasoslu avtomobillər də mövcudur. Bu avtomobillər vasitəsilə yanğınların söndürülməsində həm xilasetmə işlərinin aparılmasında, həm də meşə yanğınlarının söndürülməsində istifadə olunacaq".

Xatırladaq ki, dekabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev FHN tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.


Geri qayıt