Əsas Səhifə > SİYASƏT > Seymur Talıbov bu vəzifəsindən uzaqlaşdırıldı
Seymur Talıbov bu vəzifəsindən uzaqlaşdırıldı8-12-2022, 17:19 |
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun adı Naxçıvan Dövlət Universitetinin rəhbərliyinin siyahısından çıxarılıb. Şəffaflıq.az xəbər verir ki, hazırda Naxçıvan Dövlət Universitetinin saytında beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsi bölməsi boşdur. Qeyd edək ki, Seymur Talıbovun bu vəzifədən çıxdığı haqda məlumat daha öncə yayılsa da, Naxçıvan Dövlət Universitetindən təkzib edilmişdi. Xatırladaq ki, S.Talıbov 2016-ci ildən Naxçıvan Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində işləyirdi.“AzPolitika.info” Geri qayıt |