Əsas Səhifə > XARİCİ XƏBƏR > Latviyada “Dojd” telekanalının lisenziyası ləğv edilib
Latviyada “Dojd” telekanalının lisenziyası ləğv edilib6-12-2022, 17:10 |
Latviyanın Elektron Media üzrə Milli Şurası (NSESMI) “Dojd” telekanalının yayım lisenziyasını ləğv etmək barədə qərar qəbul edib. Bildirilir ki, qərar “milli təhlükəsizlik və ictimai asayişin maraqları naminə” verilib. “Pozuntuların məcmusunu qiymətləndirən NSESMİ əmindir ki, “Dojd” rəhbərliyi pozuntuların əhəmiyyətini və ciddiliyini anlamır, bilmir, buna görə də Latviya ərazisində fəaliyyət göstərə bilməz”, - deyə şuranın rəhbəri İvars Abolinş bildirib. Kanalın ölkə ərazisində yayımının dekabrın 8-nə keçən gecə dayandırılması planlaşdırılıb. Şəffaflıq.az Geri qayıt |