Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Sosial Xidmətlər Agentliyi 400-dən çox repatriantla sosial reabilitasiya işi aparır

Sosial Xidmətlər Agentliyi 400-dən çox repatriantla sosial reabilitasiya işi aparır


5-12-2022, 23:33



Bu il ölkəmizə repatriasiya olunmuş 122 şəxs sosial reabilitasiyaya cəlb edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin ötən dövründə ölkəmizə qaytarılmış 122 repatriantı sosial reabilitasiya və reinteqrasiya xidmətlərinə cəlb edib.

Agentliyin əməkdaşları tərəfindən onlarla bağlı sosial-psixoloji dəstək tədbirləri davam etdirilir.

Ümumilikdə isə hazırda 152 ailə üzrə 409 repatriasiya edilmiş şəxs və qəyyumları ilə bu istiqamətdə iş aparılır.

Repatriasiya olunmuş hər bir şəxsin ilk növbədə sosial-psixoloji qiymətləndirilməsi həyata keçirilir. Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanaraq, onun əsasında sosial işçi və psixoloqlar tərəfindən sosial reabilitasiya prosesi həyata keçirilir.

Şəffaflıq.az


Geri qayıt