Əsas Səhifə > Dünya > İndoneziyada vulkan püskürməsi: Əhali təxliyə edilib
İndoneziyada vulkan püskürməsi: Əhali təxliyə edilib4-12-2022, 19:59 |
Bazar günü Semeru vulkanının püskürməsindən sonra Şərqi Yava əyalətində (Yava adası) ən azı 95 nəfər təxliyə edilib. Bu barədə İndoneziyanın Təbii Fəlakətlərin Azaldılması üzrə Milli Agentliyi məlumat yayıb. Vulkan səhər saatlarında püskürüb. O, havaya 1,5 km hündürlüyündə kül atıb. Semeru bölgəsində təhlükə səviyyəsi dörd ballıq şkala üzrə maksimuma qaldırılıb. Yaxınlıqdakı bir neçə kəndə vulkan külü düşüb. Xatırladaq ki, sonuncu dəfə Semeru vulkanı düz bir il əvvəl - dekabrın 4-də püskürüb. O zaman 50-dən çox insan ölüb. Qeyd edək ki, Semeru Yava adasının ən hündür zirvəsidir. Ümumiyyətlə isə İndoneziyada 130-a yaxın aktiv vulkan var. Şəffaflıq.az Geri qayıt |