Əsas Səhifə > REGİON / Hadisə > Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukraynada işğalçıların atəşi nəticəsində 9 400-dən çox dinc sakin həlak olub
Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukraynada işğalçıların atəşi nəticəsində 9 400-dən çox dinc sakin həlak olub4-12-2022, 19:05 |
Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukraynada işğalçıların atəşi nəticəsində 9 400-dən çox dinc sakin həlak olub. Ölənlər arasında 461 uşaq var, 6 800 nəfər isə yaralanıb. Şəffaflıq.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin bildirib. “Milli Polisin məlumatına görə, 9 400-dən çox dinc sakin ölüb, 6 800-ə yaxın insan yaralanıb. Təəssüf ki, onların arasında uşaqlar da var: Rusiyanın Ukraynaya təcavüzü başlayandan indiyədək 461 uşaq ölüb”, - o deyib. Yenin əlavə edib ki, düşmən kritik infrastruktur obyektlərinə zərbələr endirməkdə davam edir. Səkkiz rayonda 507 yaşayış məntəqəsində elektrik enerjisi dayandırılıb. Geri qayıt |