Əsas Səhifə > XARİCİ XƏBƏR > Lukaşenko: “Belarus və Rusiya hərbçiləri vahid ordu kimi təlim keçirlər”

Lukaşenko: “Belarus və Rusiya hərbçiləri vahid ordu kimi təlim keçirlər”


4-12-2022, 13:49



Belarus və Rusiya Silahlı Qüvvələri vahid ordu kimi kənardan mümkün təcavüzü dəf etmək üçün təlim keçir.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

“Düşünürəm ki, Belarusun müdafiə naziri artıq sizə ölkəmizdəki vəziyyət, Belarus və Rusiyanın burada olan bölmələrinin hazırlığı, döyüş koordinasiyası haqqında məlumat verib. Deməliyəm ki, biz buna ciddi yanaşmışıq. Həm bizim, həm də sizin zabitləriniz uşaqlara təlim keçir”, - Lukaşenko şənbə günü Minskdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.

“Biz bu gün vahid ordu hazırlayırıq. Bu barədə ətrafdakıların hamısı bilir. Biz bunu gizlətməmişik. Müasir dünyada bunu gizlətmək mümkün deyil”, - Belarus prezidenti vurğulayıb.

Şəffaflıq.az


Geri qayıt