Əsas Səhifə > ƏSAS XƏBƏR > Çay mədəniyyəti Azərbaycanın təşəbbüsü ilə UNESCO-nun Dünya İrs siyahısına daxil edildi

Çay mədəniyyəti Azərbaycanın təşəbbüsü ilə UNESCO-nun Dünya İrs siyahısına daxil edildi


1-12-2022, 23:39



Çay mədəniyyəti UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.

Şəffaflıq.az xəbər verir ki, bu nominasiya UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında qəbul edilib.

“Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” nominasiyası Azərbaycan və Türkiyə nümayəndə heyətləri tərəfindən birgə hazırlanıb.

Bundan başqa, pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.

“Bu mədəni irs idmançılar tərəfindən nəsildən-nəslə ötürülən ənənəvi fiziki məşqlərin müxtəlifliyinə aiddir”, - Azərbaycanın UNESCO yanında Nümayəndəliyinin “Twitter” səhifəsində məlumat verilib.

“Molla Nəsrəddin” lətifələrinin şifahi ənənəsi də UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.

Bu nominasiya Azərbaycan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan və Qazaxıstan tərəfindən irəli sürülüb.


Geri qayıt