Əsas Səhifə > SİYASƏT > Azərbaycanla Türkiyə arasında regional əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycanla Türkiyə arasında regional əməkdaşlıq məsələləri müzakirə olunub1-12-2022, 09:35 |
Azərbaycanla Türkiyə arasında regional əməkdaşlıq məsələləri müzakirə olunub. Xarici İşlər Nazirliyindən bildirilib ki, xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Polşada keçirilən 29-cu iclası çərçivəsində Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə görüşüb. Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər. Nazirlər həmçinin ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında və çoxtərəfli platformalarda əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Şəffaflıq.az Geri qayıt |