Əsas Səhifə > Cəmiyyət / MANŞET / Redaktor seçimi > Azərbaycanda yeni ictimai birlik qeydiyyata alınıb.

Azərbaycanda yeni ictimai birlik qeydiyyata alınıb.


30-11-2022, 00:07

 Bir neçə ildir ki,saysız-hesabsız sosial lahiyələri uğurla icra edən,və bu sahədə ictimayyətə yaxından tanış olan,  Nigar Bayramlının təşkilatı qeydiyyata alındı.

Şəffaflıq.az  xəbər verir ki, "Güvən" adlanan təşkilatın sədri tanınmış xeyriyyəçi Nigar Bayramlıdır.
O qeydiyyata alınan təşkilatı haqda deyib: 
19 yaşımdan uşaqlarla işləyirəm. Saysız-hesabsız sosial lahiyələri uğurla icra etmişəm. Tam 13 il birlikdəyik, birik və uğurluyuq. Və nə yaxşı ki, əziyyətimiz dövlətimiz tərəfindən qiymətləndirildi. Böyük sevinc hissi ilə elan etmək istərdim ki, "GÜVƏN” artıq İctimai Birlik kimi qeydiyyata alındı. 13 ilin ardı daha möhtəşəm olacaqdır. 
Nigar Bayramlı Ədliyyə nazirliyinə də təşəkkür edib: 
"Bu günə qədər mənə inanan, dəstək olan hər bir kəsə və Ədliyyə Nazirliyinə öz dərin təşəkkürümü bildirirəm. Hər şey Vətən üçün, hər şey Azərbaycanım üçün".

Nigar xanımı "Güvən" İB-ın  qeydiyyata alınması münasibətilə  təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq.

Vahid İsmayılov.

Şəffaflıq.az 


Geri qayıt