Əsas Səhifə > SON XƏBƏR > “Nar” NETTY 2022 milli internet mükafatının əsas tərəfdaşıdır

“Nar” NETTY 2022 milli internet mükafatının əsas tərəfdaşıdır


29-11-2022, 17:17



İnformasiya və kommunikasiya texnologiyalarının inkişafına töhfə vermək məqsədilə mobil operator “Nar” bu il də NETTY milli internet mükafatına dəstək olur. Mükafatın münsifləri hər il Azərbaycanın ən yaxşı İT layihələrini, mühüm veb-resursları və informasiya texnologiyaları sahəsində peşəkarları müəyyən edib mükafatlandırırlar.

Müsabiqədə iştirak etmək istəyənlər hər birində üç altkateqoriya olan yeddi nominasiya üzrə ərizələrini təqdim edə bilərlər. Builki nominasiyalar “Dövlət və cəmiyyət”, “İqtisadiyyat və biznes”, “Maliyyə və banklar”, “Elm, təhsil və innovasiyalar”, “Səhiyyə, idman və turizm", “İnformasiya və xəbərlər” və “Mədəniyyət, incəsənət və yaradıcılıq” olaraq müəyyən edilib. İştirak üçün müraciət netty.az saytında, onlayn qaydada qeydə alınır. İştirak ərizələrinin qəbulu üçün son gün 30 noyabr tarixidir.

Qeyd edək ki, müsabiqə “Nar”ın əsas tərəfdaşlığı ilə keçirilir. “Nar” özünün çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycanda yerli İT sahəsinin inkişafına və müxtəlif yenilikçi layihələrin tətbiqinə dəstək olur.

“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son üç ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Şəffaflıq.az


Geri qayıt