Əsas Səhifə > XARİCİ XƏBƏR > Rusiyanın nəhəng müəssisəsində qorxulu xəstəlik yayılıb: Yoluxanlar arasında azərbaycanlılar da var

Rusiyanın nəhəng müəssisəsində qorxulu xəstəlik yayılıb: Yoluxanlar arasında azərbaycanlılar da var


29-11-2022, 17:15



Rusiyanın Moskva vilayətində yerləşən “Ozon” anbarının işçiləri kütləvi şəkildə meningit xəstəliyinə tutulublar. Onların arasında azərbaycanlılar da var.

Bu barədə Qırğızıstanın Rusiyadakı səfirliyinin yaydığı məlumatdan aydın olur.

Diplomatik mənbənin sözlərinə görə, artıq 30-dan çox yoluxma var.

“Yoluxanlardan yeddisi Qırğızıstan vətəndaşıdır. Digərləri Belarus, Tacikistan, Özbəkistan və Azərbaycan vətəndaşlarıdır”, - deyə səfirlikdən vurğulanıb.

Məlumatda bildirilir ki, yoluxanlar Krasnoqorsk, Dedovsk və İstra xəstəxanalarının yoluxucu xəstəliklər şöbələrinə yerləşdiriliblər.

Qeyd edək ki, Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) vəziyyəti ciddi nəzarətə götürüb. İşçilər karantinə yerləşdiriliblər və hazırda şəhərdə virusun yayılmasının qarşısını almaq üçün işlər görülür.

Şəffaflıq.az


Geri qayıt