Əsas Səhifə > XARİCİ XƏBƏR > Parisdə etiraz aksiyası keçirən soydaşlarımız bəyanat qəbul ediblər
Parisdə etiraz aksiyası keçirən soydaşlarımız bəyanat qəbul ediblər28-11-2022, 23:25 |
Fransanın paytaxtı Parisdə etiraz aksiyası keçirən soydaşlarımız bəyanat qəbul ediblər. Şəffaflıq.az xəbər verir ki, Milli Assambleyada Azərbaycan əleyhinə qətnamə layihəsinə etiraz edən diaspora üzvləri aksiyanın sonunda bəyanatı Fransa Milli Assambleyasına təqdim ediblər. Bəyanatda soydaşlarımız fransız deputatların yalnız bir tərəfin - ermənilərin maraqlarını müdafiə etmələrinə narazılıqlarını bildirərək, onların qərəzli münasibətlərini qətiyyətlə pisləyiblər. Sənəddə diaspora üzvləri deputatlardan ədalətli olmağı, terrorizmə yox deməyi, regionda sülhün bərqərar olmasına töhfə verə bilmədikləri halda, ən azından neytral qalmağı, xalqlar arasına nifaq toxumu səpməməyi tələb edirlər. Qeyd edək ki, Milli Assambleyada Azərbaycan əleyhinə qətnamə layihəsinin müzakirəyə çıxarılması ilə əlaqədar bu gün keçirilən etiraz aksiyasında Fransa ilə yanaşı Böyük Britaniya, Hollandiya, İsveçrə, Macarıstan, Belçika, Polşa və digər Avropa ölkələrindən gələn soydaşlarımız iştirak ediblər. Aksiyada azərbaycanlılarla yanaşı xaricilər də iştirak ediblər. Geri qayıt |