Əsas Səhifə > FUTBOL > Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm 2-ci dəfə xal itirib..-VİDEO

Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm 2-ci dəfə xal itirib..-VİDEO


28-11-2022, 21:40


Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.

Şəffaflıq.az-ın məlumatına görə, lider "Qarabağ" "Zirə" komandasını qəbul edib. "Azersun Arena"dakı qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Bu, "köhlən atlar"ın cari mövsümdə ikinci xal itkisi olub.

Bu nəticədən sonra xallarını 41-ə çatdıran Ağdam təmsilçisi ilk pillədəki mövqeyini qoruyub. 23 xalı olan "qartallar" isə 4-cüdür.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" "Səbail"i 3:1 hesabı ilə üstələyib, "Kəpəz" Şamaxıda eyniadlı komanda ilə heç-heçə edib - 1:1. Tura noyabrın 29-da "Turan Tovuz" - "Sabah" və "Sumqayıt" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.


Geri qayıt