Əsas Səhifə > Hadisə > Bakıda evdən üç min manatlıq qızıl oğurlandı

Bakıda evdən üç min manatlıq qızıl oğurlandı


26-11-2022, 23:40



Bakıda evdən üç min manatlıq qızıl oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, paytaxtın Binə qəsəbəsindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini Azər Rəhimov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Geri qayıt