Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Telefonun bəxş etdiyi xəstəliklər – Alimlər həyəcan təbili çalır

Telefonun bəxş etdiyi xəstəliklər – Alimlər həyəcan təbili çalır


20-09-2019, 20:36

 


Həyatımızın əsas hissəsinə çevrilən mobil telefonlar insan orqanizminə çox ziyanlıdır.

Sizə mobil telefonların yarada biləcəyi narahatlıqlar barədə xəbərdarlıq edirik.

Həddindən artıq telefon istifadə etmək və tez-tez mesaj yazmaq, çiyin, boyun və baş ağrılarına səbəb olur. Telefona baxmaq üçün qabağa əyildikdə başın ağırlığı onurğaya əlavə yük salır ki, bu da müəyyən ağrılara səbəb olur.

Oturanda belə cib telefonlarınızı maksimum dərəcədə uzaq məsafədə tutun. Telefonun batareyasını doldurmaq üçün isə adam olmayan otağa qoymağınız məsləhətdir. Bu, həm sizin, həm ailənizin sağlamlığı üçündür, eyni zamanda bununla təbiətə verəcəyimiz zərəri xeyli azaldarıq.

Hamiləlikdə əsla cib telefonu istifadə edilməməlidir. Bu, dünyaya gələcək uşağın əqli, psixoloji, fiziki sağlamlığına zərər verir.

Cib telefonundan zəif səslə musiqi dinləmək sizi kar etməz. Amma davamlı olaraq yüksək səslə musiqi qulaq asmaq, qulağın içindən beyinə səs dalğalarını çatdıran hüceyrələrin zərər görməsinə səbəb ola bilər. Bu hüceyrələrin zərər görməsi isə uzun müddətdən sonra eşitmə qabiliyyətini itirməyə gətirib çıxarır.

Ağıllı telefonla çox yazı yazmaq ya da davamlı oyun oynamaq bilək və barmaq toxumalarını yorduğu üçün ağrılara səbəb ola bilər.

Hazırda bütün dünyada döş xərçəngi geniş yayılıb. Bunun ən böyük səbəblərindən biri radiasiya və mobil telefonlardır. Mobil telefonların döş xərçəngi yaratmaq üçün əsas risklərdən biri olduğu deyilir. 

Erkən yaşda mobil telefon və radiasiya yayan cihazlara məruz qalan uşaqların zəka inkişafının daha az olduğu iddia edilir. 12 yaşından etibarən inkişafın başlaması və 21 yaşına qədər davam etməsini araşdıran mütəxəssislər bu yaş aralığında mobil telefon istifadə etməməyi məsləhət görür.

Tibb dünyası həyəcan təbili çalır ki, mobil telefon kişilərdə sperma hüceyrələrinin ölməsinə səbəb olur, bu da gələcəkdə sonsuzluğa gətirib çıxara bilər.

Cib telefonu istifadəsində etdiyiniz səhvlər, qarşıdakı illərdə tək sizin deyil, yaxın çevrənizin də genetikasının pozulmasına gətirib çıxara bilər. Artan radiasiya, şüa, gələcək nəsillər və yeni doğulacaq uşaqlarda bəzi xəstəliklə yaradacaq.

Mütəxəssislərin fikrincə, əgər mobil telefon vacib lazımdırsa, onu özünüzdən uzaq tutaraq, qısa müddətlik istifadə etmək məsləhətdir. Amma gecə yatanda başınızın altına əsla qoymayın. Çünki gecə boyunca alacağınız radiasiya zamanla ürək xəstəliyi, təzyiq və s. yaradacaq.

Şəffaflıq.az
Geri qayıt