Əsas Səhifə > XARİCİ XƏBƏR > İndoneziyada zəlzələ qurbanlarının sayı 300-ü keçdi

İndoneziyada zəlzələ qurbanlarının sayı 300-ü keçdi


25-11-2022, 22:59



İndoneziyada baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 310-a çatıb.

Rəsmilərin məlumatına görə, təbii fəlakət nəticəsində 24 nəfər itkin düşüb, mindən çox yerli sakin xəsarət alıb.

Təbii fəlakətin nəticələrinə görə 7 mindən çox insan hələ də öz evlərinə qayıda bilmir.

Zəlzələnin episentri ölkənin paytaxtı Cakartadan 74 km cənub-şərqdə yerləşib.

İndoneziya Sakit okean hövzəsində qırılma xətləri səbəbindən tez-tez zəlzələlər, vulkan püskürmələri və sunamilərlə qarşılaşır. 2004-cü ildə baş verən güclü zəlzələ və sunami təxminən 230 000 insanın həyatına son qoydu.

Şəffaflıq.az


Geri qayıt