Əsas Səhifə > XARİCİ XƏBƏR > İran uranın zənginləşdirilməsi fəaliyyətini gücləndirir

İran uranın zənginləşdirilməsi fəaliyyətini gücləndirir


22-11-2022, 17:44



Nüvə danışıqları dayandırıldıqdan sonra İran uranın zənginləşdirilməsi üzrə fəaliyyətini gücləndirib.

İran KİV “Fordo” nüvə obyektində uranın 60 faizədək zənginləşdirilməsi işlərinə başlandığını açıqlayıb. BMT-nin İrandan nüvə danışıqlarında daha çox əməkdaşlıq tələb etməsindən sonra bu xəbərin çıxması diqqət çəkib.

BMT-nin Atom Enerjisi Agentliyi keçən həftə İranı uranın zənginləşdirilməsi üzrə fəaliyyətlərinə nəzarət olunmasına icazə verməyə çağırıb.

İranla nüvə sazişinin canlandırılması və ABŞ-nin yenidən sazişə qoşulmasının müzakirə edildiyi Vyanada keçirilən nüvə danışıqları sentyabrın əvvəlində Vaşinqtonla Tehran arasında yaranan fikir ayrılığı səbəbindən dayandırılmışdı.

Şəffaflıq.az


Geri qayıt