Əsas Səhifə > Kriminal > Keçmiş məhkum dövlət qurumundan 9000 manatlıq oğurluq etdi

Keçmiş məhkum dövlət qurumundan 9000 manatlıq oğurluq etdi


22-11-2022, 17:42



“Azərişıq” ASC-yə məxsus 9250 manatlıq naqil oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 20-də Beçtalı kəndi ərazisində “Azərişıq” ASC-yə məxsus 9250 manat dəyərində 2500 metr naqil oğurlamaqda şübhəli bilinən kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Şahlar Əhmədov saxlanılıb, bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.

Araşdırma aparılır.

Şəffaflıq.az


Geri qayıt