Əsas Səhifə > XARİCİ XƏBƏR > Avropada təbii qazın qiyməti 1200 dolları ötüb

Avropada təbii qazın qiyməti 1200 dolları ötüb


21-11-2022, 14:59



Bazar ertəsi hərracda Avropada qazın birja qiymətləri min kubmetr üçün 1200 dolları ötüb.

Bu barədə ICE birjasının məlumatından aydın olur.

Belə ki, Niderlandda yerləşən Avropanın ən böyük habı - TTF indeksi üzrə dekabr fyuçersi ticarəti mənfi rəqəmlərlə açıb - min kubmetr üçün təxminən 1178 dollar (-4,7%). Ancaq Bakı vaxtı ilə saat 12:24-ə olan məlumata görə, onların dəyəri 1262,6 dollar olub (+2,1%).

Kotirovkaların dinamikası əvvəlki ticarət gününün - cümə günü hesablaşma qiymətinə (min kubmetr üçün 1236,2 dollar) əsaslanır.

Şəffaflıq.az


Geri qayıt