Əsas Səhifə > XARİCİ XƏBƏR > “ABŞ-nin Minsk qrupu ilə bağlı mövqeyi Azərbaycanın növbəti diplomatik qələbəsidir”
“ABŞ-nin Minsk qrupu ilə bağlı mövqeyi Azərbaycanın növbəti diplomatik qələbəsidir”19-11-2022, 22:38 |
“ABŞ-nin ATƏT-in Minsk qrupu ilə bağlı mövqeyi Azərbaycanın növbəti diplomatik qələbəsidir”. Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, Ermənistan ATƏT-in Minsk qrupunun fəaliyyətini davam etdirməsinə çox çalışıb: “Amma burada Prezident İlham Əliyev prinsipial və qətiyyətli formada öz mövqeyini ortaya qoyaraq ATƏT-in Minsk qrupunun fəaliyyətinin mümkünsüzlüyünü bildirdi. Bir müddət əvvəl Rusiya da bu məsələyə münasibət bildirmişdi, indi isə ABŞ. Bununla da Azərbaycan Qarabağla bağlı növbəti diplomatik qələbəsini təmin etmiş oldu və Ermənistanın bütün səylərinə baxmayaraq, heç bir fəaliyyəti olmayan ATƏT-in Minsk qrupunun bərpa etməsi və geri qaytarması mümkün olmadı”. Şəffaflıq.az Geri qayıt |