Əsas Səhifə > Region > Təbriz Universitetinin tələbələri Aylar Həqqinin qətlinə etiraz olaraq aksiya keçirib

Təbriz Universitetinin tələbələri Aylar Həqqinin qətlinə etiraz olaraq aksiya keçirib


19-11-2022, 15:23


Güney Azərbaycanın Təbriz şəhərindəki Tibb Elmləri Universitetinin tələbələri Aylar Həqqini İran hakimiyyətinin qətlə yetirməsinə etiraz olaraq aksiya keçiriblər.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Güney Azərbaycan mənbələri məlumat yayıb.

Qeyd edək ki, ali təhsil müəssisəsinin 4-cü kurs tələbəsi, 23 yaşlı Aylar Həqqi noyabrın 12-da Təbrizdə İranın hərbi-polisləri tərəfindən qətlə yetirilib. Rejim qüvvələri onu çoxmərtəbəli binadan atıblar.

Bu azərbaycanlı gəncin dəfn mərasimini polis dağıtmağa cəhd göstərib.

Aylar Həqqinin dəfn mərasimi noyabrın 18-də Təbrizin Vadi-Rəhmət qəbiristanlığında keçirilib. Hakimiyyət qətlə yetirdiyi Ayların dəfninə də mane olmağa cəhd göstərib. Hərbi-polis qüvvələri mərasim iştirakçılarının üzərinə hücum edib. Xüsusi təyinatlı polis bölmələri və təhlükəsizlik qüvvələri qəbiristanlığın giriş yollarını bağlayaraq bir çox etirazçının ora getməsini əngəlləyib.

Mərasim iştirakçıları “Diktatora ölüm!”, “Xameniyə ölüm!, “Azadlıq, ədalət, milli hökumət!”, “Azərbaycan milləti çəkməz bu zilləti!”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq!”, “Hamımız Aylarıq, mübarizə davam edir!”, “Biri cavab verməlidir, Ayları mənə verməlidir!” kimi şüarlar səsləndiriblər.

Aylar Həqqinin dəfn mərasimində iştirak edənlərdən bəzilərinin həbs olunduğu da deyilir.“Report”




Geri qayıt