Əsas Səhifə > Sosial > Hidayət Abdullayev:"Bu il 1100 mənzil şəhid ailələrinə və qazilərə təqdim edilib".

Hidayət Abdullayev:"Bu il 1100 mənzil şəhid ailələrinə və qazilərə təqdim edilib".


19-11-2022, 15:20


"Bu il 1100 mənzil şəhid ailələrinə və qazilərə təqdim edilib".

Şəffaflıq.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu il üzrə şəhid ailələrinə və qazilərə ümumilikdə 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub.

Nazir müavini deyib ki, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər avtomobillə də təmin edilir: "Belə ki, postmüharibə dövründə 300-dən çox, ötən dövrdə isə 7500-dən çox avtomobil təqdim olunub".


Geri qayıt