Əsas Səhifə > Hadisə > Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişindən tapança götürüldü
Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişindən tapança götürüldü19-11-2022, 12:19 |
Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşdan əvvəl yoxlama zamanı sərnişinlərdən birindən “Makarov” tipli tapança götürülüb. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib. Bildirilib ki, silah “Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib. Fakt sənədləşdirilib, sərnişin əlavə araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib. Şəffaflıq.az Geri qayıt |