Əsas Səhifə > Hadisə > Azərbaycanda deputat vəfat edib

Azərbaycanda deputat vəfat edib


18-11-2022, 11:58


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Nazim Bababəyli vəfat edib.

Şəffaflıq.az-ın məlumatına görə, o, 69 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Nazim Səfərəli oğlu Bababəyli 28 may 1953-cü ildə Naxçıvan şəhərində anadan olub.

O, 2003-cü ildən Naxçıvan Dövlət Universitetində Coğrafiya kafedrasının müdiri və “Naxçıvan” Universitetində müəllim kimi çalışıb. Alim 2004-cü ildə “Araz çayının yuxarı hissəsinin ekoloji şəraiti” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Naxçıvan MR Ali Məclisinin deputatı olan N.Bababəyli Avropa Şurası Regional və Yerli Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü idi. Əsasən Aerokosmik tədqiqatlar, coğrafi və geoloji ekologiyaya həsr olunmuş 180-ə qədər məqalənin, o cümlədən 6 monoqrafiyanın, ali məktəblər üçün bir neçə proqramın müəllifidir.  

3 övlad atası olan N.Bababəyli görkəmli coğrafiyaçı alim Səfərəli Babayevin oğlu, BDU-nun hazırkı rektoru Elçin Bababəylinin qardaşıdır.  

Allah rəhmət eləsin!


Geri qayıt