Əsas Səhifə > Hadisə > Şamaxıda avtomobil dərəyə aşıb, qadın ölüb

Şamaxıda avtomobil dərəyə aşıb, qadın ölüb


18-11-2022, 10:02


Şamaxıda avtomobil dərəyə aşıb, qadın ölüb.

Şəffaflıq.az-ın xəbərinə görə, hadisə noyabrın 16-da Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 108-ci kilometrliyində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Əkbərli Emil Rafail oğlu idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yoldan sağa çıxaraq dərəyə aşıb. Nəticədə avtomobildə olan sərnişin, 2000-ci il təvəllüdlü Əkbərli Suğra Mirağa qızı aldığı xəsarətlərdən noyabrın 17-si saat 02:30 radələrində xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt