Əsas Səhifə > XARİCİ XƏBƏR > Rusiya və Türkiyə arasında Sinop layihəsi ilə bağlı AÇIQLAMA

Rusiya və Türkiyə arasında Sinop layihəsi ilə bağlı AÇIQLAMA


17-11-2022, 23:35



“Türkiyə olaraq enerji baxımından hazırda yaxşı vəziyyətdəyik. Heç kimə ehtiyacımız yoxdur”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, xüsusən də iki-üç ildən sonra, “Akkuyu” məsələsi bitdikdə Sinopda dörd turbin tikiləcək.

“Bununla bağlı Vladimir Putinlə də danışmışam. Ümid edirəm ki, biz orada dörd turbin tikəcəyik və oradan “Akkuyu” qədər, bəlkə də, daha çox (enerji - red.) əldə edəcəyik. Biz bunları əldə edəndə Türkiyənin enerji ilə bağlı heç bir problemi olmayacaq. Vəziyyətimiz daha yaxşı olacaq. Asanlıqla enerji ixracına başlaya bilərik.

Bizə “Sizə enerji baxımından da dəstək ola bilərik” deyən ölkələr var. Bununla bağlı onlarla əlaqələrimizi davam etdirəcəyik. İnşallah, lazım gələrsə, təkcə özümüz üçün almaq deyil, həm də alıb ixrac etmək, “swap” deyə biləcəyimiz bir prosesə başlaya bilmək şansımız var. Ad çəkməyəcəyəm, qərar qəbul edəndən sonra açıqlayacağıq”.

Şəffaflıq.az


Geri qayıt